Tədbirlər
Master klasa qeydiyyatdan keçmək üçün formu doldurun
Aprelin 6-sı Maestro School-un rəsmi açılış tədbiri baş tutub.
Tədbirdə millət vəkili Etibar Əliyev, təhsil eksperti Kamran Əsədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası rəhbəri Səkinə Babayeva, 45 saylı məktəbin direktoru Nəcibə Axundova, KOBİA təmsilçiləri və digər ziyalılar, ictimai xadimlər, valideyn və şagirdlər iştirak ediblər.
Onların hər biri çıxışları zamanı bildiriblər ki, müasir dövrün tələblərinə uyğun olaraq bu kimi məktəblərin açılması gələcək nəsillərin yeni texnologiyalarla bağlı biliyini təkmilləşdirəcək. Bu isə qloballaşan dünyanın yeniliklərinə Azərbaycan gənclərinin asanlıqla inteqrasiyasını təmin edəcək.