Məqalə

Bu məqalədə biz sizlə birgə onlayn və oflayn tədrisin üstün cəhətlərini araşdıracağıq.

1.Onlayn təhsil ərazi ilə məhdudlaşmır - bu danılmaz üstünlükdür. Övladınızın harada təhsil alacağınızı özünüz seçirsiniz, sizə yalnız internetə çıxış lazım olur. Həmçinin yola sərf edəcəyiniz vaxta da qənaət olmuş olursunuz.

2.Hər bir insanın özünəməxsus ritmi və yeni informasiyanın qavrama sürəti var. Onlayn öyrənmədə siz həmişə mövzunun öyrənilməsinə qayıda bilərsiniz, məsələn, dərsin videosuna yenidən baxa və əldə etidiyiniz yeni bilikləri möhkəmləndirə bilərsiniz. ⠀

Onlayn tədrisin sadaladığımız üstünlüklərinə baxmayaraq, hər kəs bu üsulla oxuya bilmir və bir çox şagirdlərimiz oflayn yəni canlı təhsilə üstünlük verirlər.

İndi isə oflayn təhsilin üstün cəhətlərinə nəzər salaq.

Oflayn təhsilin üstünlükləri:

- Canlı ünsiyyət.

Burada həm müəllim və şagirdlər arasında, həm də uşaqların bir-biri ilə canlı ünsiyyət qura bilmələri nəzərdə tutulur. Bu, şagirdlərə nə verir?

Uşaqlar dərs zamanı komanda şəklində işləyə, bir yerdə layihələr hazırlaya, yaranan problemləri həll edə, təqdimat edə bilirlər və əlbəttə ki, yeni dostlar qazanırlar.

- Nizam - intizam.

Oflayn formatda şagirdlər cədvələ uyğun dərslərə vaxtında qatılmalı və hər dərsə hazırlıqlı olmalıdırlar.

- Diqqətin konsentrasiyası.

Canlı dərslərdə şagirdlərin diqqətini yayındaracaq amillər daha az olur və onlar keçirilən mövzuya daha çox fokuslana bilirlər.

- İnteraktiv iştirak.

Oflayn tədris zamanı şagirdlər müəllimə sual verərək onların maraqlandıran cavabları anında əldə edə bilirlər.

Məhz buna görə bizim mərkəzimizdə 2 tədris formatı var. Hətta, 3 – oflayn, online, hibrid.

Seçilmiş təhsil formasından asılı olmayaraq, Maestro School ilə birgə sizin övladınız mütləq müvəfəqiyyətli olacaqdır.

Поделиться в facebook
Поделиться в linkedin
Поделиться в whatsapp