
6 yaşından 10 yaşına qədər məktəblilər üçün proqramlaşdırma kursları valideynlər üçün övladlarının İT sahəsində gələcəyini təmin etmək üçün effektiv bir yoldur. Həmçinin, bununla sözügedən yaş qrupuna daxil olan uşaqların texniki, analitik və yaradıcılıq qabiliyyətləri inkişaf etdiriləcək.
Təlim proqramımız 6 moduldan ibarətdir və bu müddət ərzində hər bir uşaq – kodlaşdırma, veb səhifələrin tərtibatı, kommunikasiya bacarıqları, öz layihəsini təqdim etmək – nə ilə məşğul olmaq istədiyini müəyyənləşdirəcək.
Dərs proqramı
Uşaqlar üçün proqramlaşdırma proqramına Scratch, Wix, HTML + CSS, Python və Soft Skills ( Scrum, Time Management, Portfolio Presentation) üzrə dərslər daxildir. Bu dərslərin uşaqlarınız üçün hansı səbəbdən və necə faydalı olduğuna nəzər salaq:
- 1. Wix və Canva-da uşaqlarınız saytlar yarada bilər.
- 2.IT Start.
- 3. Scratch - vizual hadisələrə əsaslanan proqramlaşdırma mühitidir və azyaşlı məktəblilərə və yeniyetmələrə öz hekayələrini, animasiyalı və interaktiv oyunlarını yaratmaq imkanı verir. Bu zaman onlar öz personajlarını hərəkət etdirə, danışdıra, mahnı oxuda və s. bir çox tapşırıqlar icra etdirə bilər. Onu həmçinin proqramlaşdırmanı öyrənmək üçün məşq aləti də adlandırmaq olar.
- 4. HTML və CSS uşaqlar üçün hələ orta məktəb şagirdi olaraq veb səhifələrin tərtibatçısı kimi inkişaf etməyə imkan yaradan bazadır.
- 5. Python proqramlaşdırma dilinin əsasları övladınızın saytların yaradılması ilə bağlı anlayışı tamamlayacaq, saytları və kiçik oyunları kodlaşdırmaq, özünü yetkin proqramçı kimi hiss etməyə və bu peşəni sevib-sevmədiyini anlamağa imkan yaradacaq. Övladınız artıq 6-10 yaşında real işlərlə ilk portfolio əldə edə bilər. Bu, böyüklər üçün nəzərdə tutulan proqramlaşdırma kurslarına doğru aparan yolda ilk addımdır və əgər övladınız bu istiqamət üzrə təhsilinə davam etdirmək istəsə, onun üçün daha asan olacaq.
- 6. Soft Skills.


Qeyd etmək lazımdır ki, uşaqlar üçün proqramlaşdırma sıfırdan izah olunur. Uşağınız saytın və ya tətbiqin nə olduğunu yalnız nəzəri olaraq təsəvvür edə bilər, lakin öyrənmək üçün böyük istəyi olan uşaq kurslarda maksimum uğur qazanacaq şagirddir. Təşəbbüskar, məsuliyyətli və bu sahəyə maraq göstərən şagirdləri təlim mərkəzimizdə görməyə hər zaman şadıq.
Övladlarınız təlim proqramını başa vurduqda aşağıdakı biliklərə yiyələnəcəklər:
- İT sahəsində hansı istiqamətlə məşğul olmaq istədiyini müəyyən etmək;
- Sayt tərtib etmək və sayt proqramlaşdırmaq;
- Mobil tətbiqetmələr və kompüter oyunları yaratmaq;
- Dizayndan başlayaraq tam funksiyalı saytın işə salınmasına qədər fəaliyyətlərdən ibarət layihələr yaratmaq;
- Alqoritmik təfəkkürün inkişafı və robototexnika trendlərindən anlamaq, smart tətbiqetmələr və qadcetlər layihələndirmək;
- Virtual reallıqla işləmək və virtual dünyalar yaratmaq;
- Komanda daxilində və fərdi olaraq layihələrin yaratmaq.
